Meksikada jurnalist güllələnib

Meksikada jurnalist güllələnib
08:42 15 Aprel 2017
69 Dünya
Ölkə mətbuatı
A- A+

Meksikanın Aşağı Cənubi Kaliforniya ştatında bir neçə internet xəbər portalı ilə əməkdaşlıq edən jurnalist Maksimino Palasios cümə günü canilərin hücumunun qurbanı olub.

Milli.Az "Report"a istinadən bildirir ki, "Radio Formula" radiostansiyanın məlumatına görə, o, regionun paytaxtı La-Pas şəhərində qətlə yetirilib.
Palasios hadisə baş verən zaman yoldaşı ilə maşında olub. Onlar hərəkətdə olan digər avtomobilin içərisindəki bir qrup şəxs tərəfindən avtomat silahdan atəşə tutulublar. Yaşlı jurnalist azı 15 güllə yarası alıb. Onun həyat yoldaşı zərər çəkməyib.
Faktla bağlı araşdırmaya başlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/535329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR