Şimali Koreya ilk dəfə sualtı qayıqların ballistik raketlərini nümayiş etdirdi

Şimali Koreya ilk dəfə sualtı qayıqların ballistik raketlərini nümayiş etdirdi
08:48 15 Aprel 2017
64 Dünya
Ölkə mətbuatı
A- A+

Şimali Koreya rəhbərliyi ilk dəfə olaraq paytaxt Pxenyanda keçirilən hərbi paradda sualtı qayıqların ballistik raketlərini nümayiş etdirib.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, sualtı qayıqların “Pukkıkson-2” tipli ballistik raketləri yerli televiziya vasitəsilə yayımlanıb.

Qeyd edək ki, bu gün KXDR-nin yaradıcısı Kim İr Senin anadan olmasının 105 illiyi münasibəti ilə Pxenyanda hərbi parad təşkil olunub.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl Şimali Koreyanı ciddi təhlükə adlandırıb və Koreya yarımadasının sahillərinə aviadaşıyıcı hücum donanması göndərib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195125.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR