"Brexit"ə haker müdaxiləsi ehtimalı araşdırılır

"Brexit"ə haker müdaxiləsi ehtimalı araşdırılır
08:57 15 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referenduma ("Brexit") əcnəbi hakerlərin müdaxiləsi ehtimalı araşdırılır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bir qrup britaniyalı parlamentar bununla bağlı məruzə hazırlayaraq yayıb.

Məruzədə onlar xarici dövlətlərin hakerlərinin "Brexit" referendumuna müdaxilə ehtimalından şübhələndiklərini bildiriblər. Belə ki, səs vermək üçün qeydiyyatdan keçmək lazım gələn sayt 7 iyun 2016-cı ildə fəaliyyətini saat yarım müddətinə dayandırıb. Ekspertlər bildirir ki, buna səbəb Rusiya və ya Çindən olan hakerlərin həyata keçirdiyi DDoS-hücum olub.

Bu hücum səsvermənin nəticələrinə təsir etmək gücündə olmayıb. Bununla belə, Britaniya hökuməti gələcəkdə onlayn səsvermələr keçirilərkən kibertəhlükəsizlik məsələlərinə ciddi diqqət yetirməli olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/534804.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR