Şimali Koreya ilk dəfə olaraq sualtı qayıqların ballistik raketlərini nümayiş etdirdi

Şimali Koreya ilk dəfə olaraq sualtı qayıqların ballistik raketlərini nümayiş etdirdi
09:22 15 Aprel 2017
73 Dünya
Ölkə mətbuatı
A- A+

Şimali Koreya rəhbərliyi ilk dəfə olaraq paytaxt Pxenyanda keçirilən hərbi paradda sualtı qayıqların ballistik raketlərini nümayiş etdirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, sualtı qayıqların "Pukkıkson-2" tipli ballistik raketləri yerli televiziya vasitəsilə yayımlanıb.  
 
Qeyd edək ki, bu gün KXDR-nin yaradıcısı Kim İr Senin anadan olmasının 105 illiyi münasibəri ilə Pxenyanda hərbi parad təşkil olunub.
 
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl Şimali Koreyanı ciddi təhlükə adlandırıb və Koreya yarımadasının sahillərinə aviadaşıyıcı hücum donanması göndərib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/535339.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR