FIFA-dan hakimin anasını söyən Messi ilə bağlı ŞOK QƏRAR

FIFA-dan hakimin anasını söyən Messi ilə bağlı   ŞOK QƏRAR
09:37 15 Aprel 2017
115 İdman
Ölkə mətbuatı
A- A+

=Argentinanın Çili ilə oynadığı seçmə mərhələ oyununda köməkçi hakimin anasını söydüyü üçün 4 oyunluq cəza alan Lionel Messi 4 mayda FIFA-ya çağrılıb. Fanat.Az xəbər verir ki, "Barselona"lı ulduzun ifadəsi alınacaq.


Bu barədə Argentina Futbol Federasiyası məlumat yayıb. Məlumatda bildirilir ki, Messi ifadə verməyə federasiyanın vəkilləri ilə birlikdə yollanacaq. 


Qeyd edək ki, Messi olayla bağlı açıqlamasında "Sözlərimlə hakimi narahat etmişəmsə, üzr istəyirəm. Öz-özümə danışmışdım, hakimi birbaşa söyməmişdim. Haqqımda verilən qərarın ləğvini tələb edirəm" demişdi.


Qeyd edək ki, Boliviya matçını buraxan Messi Uruqvay, Venesuella və Peru ilə oyunlarda da Argentinaya kömək edə bilməycək.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-fifa-dan-hakimin-anasn-soyn-messi-il-bal-t57608.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR