"Qəbələ" "Antalyaspor"u darmadağın etdi

"Qəbələ" "Antalyaspor"u darmadağın etdi
09:57 15 Aprel 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyədə keçirilən 12 yaşadək futbolçular arasında “İzmir Cup” turnirində növbəti mərhələlərin oyunları keçirilib. Fanat.Az xəbər verir ki, İzmirdəki yarışda mübarizə aparan “Qəbələ”nin U-12 komandası öncə 1-32-ci yerlər uğrunda matçlarda qüvvəsini sınayıb. 


E qrupunda çıxış edən Zaur Hacıyevin baş məşqçisi olduğu komanda “Altay”a (Türkiyə) 0:3, “Krasnodar”a (Rusiya) 0:1 hesabı ilə uduzub. Son turda “İnegölspor”la (Türkiyə) qarşılaşan “qırmızı-qaralar” Ömər Qurbanovun qolu ilə qalib gəlib - 1:0. 


Bu qələbə “Qəbələ”nin yüksək yerlər tutması üçün kifayət etməyib. Qrupda 4-cü olan komanda növbəti mərhələdə 17-32-ci yerlər uğrunda mübarizə aparmalı olub. “Qəbələ” bu raundda C qrupundakı ilk rəqibi “Antalyaspor” (Türkiyə) üzərində 4:0 hesablı qələbə qazanıb. Eşqin Əhmədov və Okan Təhməzli hərəyə 2 dəfə fərqləniblər. Kosovonun “El Klasiko” klubunu 3:1 hesabı ilə məğlub edən “qırmızı-qaralar”  Murad Musayevin 2, Ömər Qurbanovun 1 qoluna sevinib. Qrupdakı son rəqib “Gümüşordu” (Türkiyə) olub. Elmir Hüseynli və Okan Təhməzlinin qolları komandamıza 2:1 hesablı qələbə qazandırıb. 


Ardıcıl 3 qələbə qazanan “Qəbələ” bu qrupda 1-ci yeri tutub. Bu gün keçiriləcək final mərhələsində “Qəbələ” 17-24-cü yerlər uğrunda mübarizə aparacaq. Bu mərhələdə B qrupunda çıxış edəcək komanda “Tuzlaspor”, “Hamborn” və “Şiltigeym” ilə qüvvəsini sınayacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquot-quotantalyasporquotu-darmadan-etdi-t57609.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR