Müğənninin evindəki axtarış polisi şok etdi - SİLAH ANBARI aşkar edildi - FOTO

Müğənninin evindəki axtarış polisi şok etdi - SİLAH ANBARI aşkar edildi - FOTO
10:17 15 Aprel 2017
139 Dünya
Ölkə mətbuatı
A- A+

Avtomobilində iki sənədsiz silah olan müğənni G.B.-nin evində aparılan axtarışda silah-sursat anbarı aşkar edilib.

Silah qaçaqçılarına qarşı əməliyyat təşkil edən İstanbul Baş Mütəşəkkil Cinayət İdarəsinin əməkdaşları təqib etdikləri bir avtomobili Silivridə dayandırıblar.

Avtomobildə aparılan axtarışlarda, 2 ədəd sənədsiz silah aşkar edilib. Sürücü G.B. nəzarətə alınıb. Müğənni olduğu ortaya çıxan G.B.-nin evində edilən axtarışlarda da 6 müxtəlif tipli sui-qəsd üçün nəzərdə tutlan silah, 5 tapança, 5 səsboğucu, 10 maqazin, 629 tapança fişəngi, tapançalara keçirilən 2 lazer, 13 uzun lüləli silah fişəngi və polis telsizi tapılıb. Silah alveri ittihamı ilə nəzarətə alınan G.B. ifadəsində "Silah həvəskarıyam. Koleksiyonerəm. Silahları tanımadığım insanlardan pulla almışam" deyib.

Əməliyyatdan sonra prokurorluğa aparılan müğənni G.B. həbs olunub.

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/535369.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR