Cəmi 300 dollara "iPhone"...

Amerikalı mühəndis Scotty Allen yerli elektronika hissələrinin istehsalını incələmək üçün Şanxayda bir neçə ay zaman keçirib.
Onun videosu, elektronika hissələrinin yerli bazarına və "iPhone" modelləri üçün hissələrin hazırlanıb satılması ilə məşğul olan xüsusi yerlərə həsr olunub. Scotty, müxtəlif mobil cihazlar üçün hissələrin satıldığı bazarlarda uzun zaman keçirib. Kimsə həmin hissələrdən işlək smartfonun hazırlanmasının mümkünlüyü barəsində maraqlananda, Scotty-nin ağlına maarqlı bir fikir gəlib. Beləliklə o, smartfon hissələrinin satıldığı bazardan lazımi komponentləri alaraq 16 GB daxili yaddaşa sahib iPhone 6s modelini yığıb. Maraqlısı ondadır ki, onun özünün hazırladığı model 300 dollara başa gəlib. Yəni əsl "iPhone" modeldən 2 dəfə daha ucuz.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR