Bakıda prokurorluq binasının qarşısında QANLI HADİSƏ

Bakıda prokurorluq binasının qarşısında QANLI HADİSƏ
10:52 15 Aprel 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının mərkəzində 27 yaşlı qadın intihara cəhd edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayon sakini, 1990-cı il təvəllüdlü Şükürova Könül Kamal qızı Üzeyir Hacıbəyli küçəsində - Bakı Şəhər Prokurorluğunun qəbul otağının qarşısında ülgüclə biləklərini kəsərək özünü öldürməyə cəhd edib. Ona tibbi yardım göstərilib.

Araşdırmalar zamanı məlum olub ki, Könül Şükürova əsəb xəstəsidir. Onu atası Kamal Şükürov ruhi əsəb xəstəxanasına yerləşdirmək istəyirmiş. Qız isə buna qarşı çıxıb. Daha sonra atasının fiziki və mənəvi təzyiqləri ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə müraciət edən qız işə baxılmamasını iddia edərək prokurorluğa müraciət edibmiş.
 
Araşdırmalar davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/535378.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR