Sürücüsüz avtomobillər istifadəyə verilir

ABŞ-ın avtomobil şirkəti "General Motors" Kaliforniya ştatında 1100 nəfərin çalışacağı yeni proyektini istifadəyə verəcək.

Metbuat.az bildirir ki, şirkətdən verilən məlumata görə, "sürücüsüz avtomobil texnologiyası"nı inkişaf etdirmək üçün təşkil olunan layihə çərçivəsində gələcək 5 ildə işçilərin sayının artırılması nəzərdə tutulub. Yeni texnologiya üçün 14 milyon dollar vəsait sərf olunacaq.

Qeyd edək ki, "General Motors" sürücüsüz avtomobil texnologiyasına hər il təxminən 600 milyon dollar sərmayə yatırır. Firmanın 50 ədəd elektriklə çalışan "Chevrolet Bolt" avtomobili ABŞ-ın San-Fransisko, Detroyt və Skottsdeyl şəhərlərində testdən keçirilib.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR