Astarada xeyli narkotik aşkarlandı

Astarada xeyli narkotik aşkarlandı
11:09 15 Aprel 2017
87 Digər
Ölkə mətbuatı
A- A+

Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İrandan Azərbaycana idarə etdiyi minik avtomobili ilə gələn Azərbaycan vətəndaşı kinoloji xidmət iti tətbiq olunmaqla keçirilən gömrük nəzarəti zamanı saxlanılıb.

 

Dövlət Gömrük Xidmətinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, kinoloji xidmət itinin reaksiyasına əsasən, avtomobilə baxış keçirilib.

 

Baxış zamanı, həmin nəqliyyat vasitəsinin mühərrikinin aşağı hissəsində, zavod konstruksyasında nəzərdə tutulmayıb, sonradan mühərrikə əlavə olaraq bərkidilmiş starterin içərisində, gömrük nəzarətindən gizlədilmiş iki ədəd bağlamada olmaqla, ümumi xalis çəkisi 1695 qram təşkil edən narkotik vasitə - heroin aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272227

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR