Rusiyada daha bir YANĞIN: 4 nəfər öldü

Rusiyada daha bir YANĞIN: 4 nəfər öldü
11:12 15 Aprel 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Orenburq vilayətinin Kvarkeno kəndində baş verən yanğında üç kişi və bir qadın ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, istintaq hadisə ilə bağlı araşdırma aparır.
 
Yanğın aprelin 15-ə keçən gecə baş verib. Yanğınsöndürənlər yanğını söndürəndən sonra evdə 48, 54 və 55 yaşlarında üç kişinin və 48 yaşında qadının yanmış meyitini aşkarlayıblar. 
 
İlkin məlumata görə, evdə heç yerdə işləməyən, anormal həyat tərzi keçirən dörd nəfər yaşayırmış.
 
Yanğının səbəbləri hələlik məlum deyil.
 
Hadisə ilə bağlı müxtəlif ekspertizalar təyin olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/535381.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR