Belçikada şokoladın “3D” printerdə istehsalına başlanıb

Belçikada şokoladın “3D” printerdə istehsalına başlanıb
11:35 15 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Belçikanın “Miam Factory” şirkəti üçölçülü (3D) printerdə istehsal olunan şokoladların buraxılışına başlayıb. Şokolad fiqurları bir dəfə aparatdan keçməklə 0,2 millimetr ölçüsündə laylar şəklində hazırlanır.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, şokolad şirniyyatlarının “3D” printerdə istehsal texnologiyasını qida sənayesi sahəsində müxtəlif innovasiyalara imza atan Lej Universitetinin mütəxəssisləri kəşf ediblər. “3D” qənnadıçılar xüsusi sifariş əsasında konfetlər üzərində oymalar və yazılar və ya xüsusi formalı konfetlər istehsal edə bilirlər. Məsələn, Pasxa bayramı münasibətilə pivə butulkaları şəklində şokoladlar buraxılıb.

İstehsal prosesinin müddəti şokoladın fiqurundan asılı olaraq 10 dəqiqə və 3 saat arasında dəyişir. İstehsalçı nümayəndələrinin sözlərinə görə, şirniyyat hazır olandan dərhal sonra istifadəyə yararlı hesab edilir.
 
Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-47162-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR