Şərqi Azərbaycandakı daşqında ölənlərin sayı artır

İranda baş vermiş daşqınlar nəticəsində həlak olanların sayı 17 nəfərə çatıb.

Təbiət hadisəsindən ən çox zərər çəkmiş Əcəbşir şəhərində 14 nəfərin meyiti tapılıb. Daha 3 nəfər Azərşəhr ətrafında həlak olub.

Ümumilikdə, 37 nəfərin xəsarət aldığı barədə məlumat verilib.

X X X

İranın Şərqi Azərbaycan vilayətində güclü yağıntılar nəticəsində daşqın baş verib.

Əcəbşir şəhərində 3 nəfər həlak olub, 13 nəfər itkin düşüb.

Bundan başqa daşqınlar Təbriz, Bünab, Azərşəhr, Marağa və Əhərdə qeydə alınıb.

Bu şəhərlərdə itkilərin olub-olmaması barədə hələ məlumat verilməyib.

XXX

İranın Şərqi Azərbaycan və Kürdüstan əyalətlərində sel nəticəsində ölənlərin sayı 25-Ə yüksəlib.

Tehran bürosunun məlumatına görə, İranın şimal-qərbində baş vermiş təbii fəlakət nəticəsində daha 16 nəfər itkin düşüb.

Ölənlərdən 5-i Kirmanşah əyalətinin, qalanları isə Şərqi Azərbaycan əyalətinin Azərşəhr və Əcəbşir şəhərinin sakinidir.

İran prezidenti təbii fəlakət bölgəsinə xüsusi nümayəndələr göndərib.

Təbriz şəhərində də sel evlərə ziyan vurub.

İranın Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində sel bir neçə körpünü dağıdıb, bir neçə kəndin əhalisi evakuasiya olunub.

Ölü və itkin sayının artacağı ehtimal olunur.

Qeyd edək ki, İranda güclü yağışlar nəticəsində bəzi çaylar məcrasından çıxıb, yaşayış məntəqələrinə ciddi ziyan dəyib.

XXX

İranın Şərqi Azərbaycan və Kürdüstan əyalətlərində sel nəticəsində ölənlərin sayı 35-ə yüksəlib.

APA-nın Tehran bürosunun məlumatına görə, İranın şimal-qərbində baş vermiş təbii fəlakət nəticəsində daha bir neçə nəfər itkin düşüb.

Ölənlər Kirmanşah əyalətinin, Şərqi Azərbaycan əyalətinin Azərşəhr və Əcəbşir şəhərlərinin sakinidir.

İran prezidenti təbii fəlakət bölgəsinə xüsusi nümayəndələr göndərib.

Təbriz şəhərində də sel evlərə ziyan vurub.

İranın Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində sel bir neçə körpünü dağıdıb, bir neçə kəndin əhalisi evakuasiya olunub.

Ölü və itkin sayının artacağı ehtimal olunur.

Qeyd edək ki, İranda güclü yağışlar nəticəsində bəzi çaylar məcrasından çıxıb, yaşayış məntəqələrinə ciddi ziyan dəyib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR