Məşhur türk müğənnisi vəfat etdi

Məşhur türk müğənnisi vəfat etdi
11:53 15 Aprel 2017
170 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin tanınmış sənət musiqisi ifaçısı Handan Kara 78 yaşında dünyasını dəyişib.

Publika.az Türkiyə mətbuatına istinadən bildirir ki, Handan Kara uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkirmiş.

Müğənninin cənazəsi sabah Ortaköy Məzarlığında dəfn ediləcək.

1939-cu ildə İstanbulun Bakırköy ərazisində doğulan sənətçi ötən əsrin 70-ci illərində şöhrət qazanıb. Əsasən Yeşilçam filmlərinin musiqisini səsləndirib. Bundan başqa, 1971 və 1972-ci illərdə çəkilmiş "Ver Allahım Ver" və "İşte Deve, İşte Hendek" adlı filmlərdə özünü aktrisa kimi sınayıb.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/195147.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR