Dəmir yolunda qəza: 8 vaqon aşdı

Dəmir yolunda qəza: 8 vaqon aşdı
11:57 15 Aprel 2017
99 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanda yenidən qatar qəzası baş verib.

Milli.Az istipress-ə istinadən xəbər verir ki, qəza Uttar-Pradeş ştatında qeydə alınıb. Qatar Meratx-Lakxnau istiqaməti üzrə hərəkət edib.

Sərnişin qatarının səkkiz vaqonu relsdən çıxaraq aşıb. İlkin məlumata görə, 10 nəfər xəsarət alıb. 

Hələlik qəzanın təfərrüatları haqqında heç bir informasiya verilmir. 

Qeyd edək ki, Hindistanda dəmiryol nəqliyyatından istifadə çox geniş yayılıb. Dünyanın ən böyük 4-cü dəmiryol sisteminə sahib Hindistanda hər gün 20 milyondan çox insan qatardan istifadə edir. Ölkədə qatar qəzaları müntəzəm olaraq baş verir. Buna səbəb isə qatarların və relslərin köhnə, baxımsız olmasıdır. 

Son dəfə ötən ilin noyabr ayında qatarların aşması nəticəsində 150-dən çox insan ölmüşdü. İlkin versiyaya görə, qəzanın səbəbi temperatur fərqinə görə, reyslərdə yaranmış nazaslıq olub. Bu hadisə ölkədə son 6 ildə baş verən ən ağır qəza hesab edilir.

14 vaqonu relsdən çıxan, ümumilikdə 23 vaqondan ibarət olan sürət qatarında 2 min insan səyahət edib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/535399.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR