Türkiyə MOK: "IV İslam Həmrəyliyi Oyunları daha sıx əməkdaşlıq qurmağa imkan verəcək"

Türkiyə MOK: "IV İslam Həmrəyliyi Oyunları daha sıx əməkdaşlıq qurmağa imkan verəcək"
11:57 15 Aprel 2017
176 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında Türkiyənin nümayəndə heyətinin tərkibinə 609 nəfər, o cümlədən 388 idmançı daxil olacaq.

Milli.Az xəbər verir ki, bu barədə report-a Türkiyə Milli Olimpiya Komitəsindən (MOK) məlumat veriblər.

MOK-dan qeyd ediblər ki, üzgüçülük, dayvinq, boks, futbol, gimnastika, həndbol, cüdo, görmə əngəlli idmançılar arasında cüdo, karate, stolüstü tennis, taekvondo, tennis, voleybol, ağırlıqqaldırma, güləş, uşu, basketbol, su polosu kimi idman növlərində müxtəlif əyarlı medallar qazanacaqlarını gözləyirlər.
Türkiyə MOK-dan IV İslam Həmrəyliyi Oyunlarının daha sıx əməkdaşlıq qurmağa və gələcəkdə onu inkişaf etdirməyə imkan verəcəyi bildirilib.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12-22 may tarixlərində Bakıda keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/535394.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR