"Nestle" şokoladlarını geri çağırır - Kobud səhvə yol verilib - FOTO

"Nestle" şokoladlarını geri çağırır - Kobud səhvə yol verilib - FOTO
12:05 15 Aprel 2017
190 Maraqlı
Ölkə mətbuatı
A- A+

Məşhur şokolad firması "Nestle" Britaniyada "KitKat Bites" şokoladlarını geri çağırır.

Milli.Az "Mirror"a istinadla xəbər verir ki, şirkətdən müştərilərə bu məhsuldan almamaları barədə xəbərdarlıq edilib.

Məlumatda bildirilir ki, buna səbəb şokolad məhsulunun səhv paketlənməsidir. Belə ki, "Kitkat"ın südlü şokoladları səhvən fıstıq əzməsi şokoladlarının paketlərinə qoyulub.

Şirkətin açıqlamasında qeyd olunub:

"Bu paketlərin üzərində "içərisində fıstıq var" sözü yazılsa da, fındığa və fıstığa allergiyası olan şəxslərə mənfi təsir göstərə bilər. Buna görə də, belə halla qarşılaşan müştərilər mütləq şirkətimizlə əlaqə saxlasınlar".

Bəxtiyar Umarlı
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/535396.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR