“Azərbaycan dili” imtahanının II mərhələsində iştirak edəcək abituriyentlərin sayı açıqlandı

“Azərbaycan dili” imtahanının II mərhələsində iştirak edəcək abituriyentlərin sayı açıqlandı
12:49 15 Aprel 2017
108 Digər
Ölkə mətbuatı
A- A+

İyunun 11-də keçiriləcək Azərbaycan dili fənni üzrə test imtahanının II mərhələsində iştirak edəcək abituriyentlərin sayı açıqlanıb.
 
Dövlət İmtahan Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 11 iyun tarixində keçiriləcək imtahanda (martın 31-dən sonra ərizələrini təsdiq edən) 1013 abituriyent iştirak edəcək.
 
2016-cı ildə "Azərbaycan dili" fənni üzrə test imtahanında "məqbul" qiymət alıb, cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılan abituriyentlərin sayı isə 928 nəfərdir. 
 
Qeyd edək ki, aprelin 9-da ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili fənni üzrə ilk imtahanı keçirilib. İmtahanda iştirakı nəzərdə tutulan 6151 abituriyentdən 92 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 6059 abituriyentdən 4561 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb. 
 
Aprelin 1-dən 10-dək elektron ərizəsini təsdiq edən, eləcə də aprelin 9-da keçirilən imtahanda “qeyri-məqbul” qiymət alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər iyunun 11-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər. Lakin 11 iyunda keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında “qeyri məqbul” qiymət alacaqları təqdirdə onlara ixtisas seçimində iştirak etməyə icazə verilməyəcək.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272241

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR