Türkiyədə silahlı şəxs qarşısına çıxanı güllələdi: yaralılar arasında azərbaycanlı da var

Türkiyədə silahlı şəxs qarşısına çıxanı güllələdi: yaralılar arasında azərbaycanlı da var
12:52 15 Aprel 2017
100 Ölkə
Ölkə mətbuatı
A- A+

İstanbulun Bahçelievler səmtində dostu ilə dalaşan 21 yaşlı Eray Aygün küçədə silahdan atəş açaraq önünə keçəni güllələyib.

Milli.az virtualaz.org-a istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər yaralanıb. Onların arasında azərbaycanlı da var.

Hadisə Siyavuşpaşa məhəlləsində axşam saatlarında baş verib. Cenk İ. adlı şəxs Eray Aygünə zəng edərək onunla görüşmək istədiyini bildirib. Lakin "hər kəsi güllələyəcəyəm!" deyən E.Aygün telefonu söndürüb. Bundan sonra məhəlləyə gəlib və qarşısına çıxan hər kəsə əlindəki silahdan atəş açıb.

E.Aygünün etdiyi atəş nəticəsində Adəm Esen, Abdülsamet İşık, Alev Bülent Ay, Murat Koç, Xıdır Hamzeoğlu və Azərbaycan vətəndaşı ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Polisin verdiyi məlumata görə, hazırda E.Aygünün tutulması üçün axtarışlar aparılır. İstintaq nəticəsində məlum olub ki, o, bir dostu ilə mübahisə etdikdən sonra küçəyə çıxaraq insanlara atəş açıb. Əvvəlcə ona yol verməyən iki nəfəri güllələyib, daha sonra ətrafdakılara "nəyə baxırsınız?" deyərək atəş açıb.

Ən son oğurluğa görə həbsxanaya düşdüyü bildirilən E.Aygünün ümumilikdə 17 dəfə cinayət törətdiyi məlum olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/535421.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR