ABŞ Rusiyanın ən çox qorxduğu silahı Avropaya göndərir

ABŞ Rusiyanın ən çox qorxduğu silahı Avropaya göndərir
13:03 15 Aprel 2017
182 Dünya
Ölkə mətbuatı
A- A+

Bu həftə ABŞ hökuməti Avropa Təhlükəsizlik Təşəbbüsü (ERİ) proqramı çərçivəsində beşinci nəsil “F-35A Lightning II” müasir döyüş təyyarələrini Avropada yerləşən NATO hərbi aviabazalarına göndərəcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) qərar qəbul edib.

Pentaqonun açıqladığı məlumata görə, qərarın əsas məqsədi Avropa dövlətlərinin Rusiya təhdidlərindən qorunmasıdır.

Qərarda deyilir ki, ABŞ Hərbi Hava Qüvvələri Avropa dövlətlərini Rusiya təhidlərindən qorumaq üçün “F-35A Lightning II” döyüş təyyarələri göndərəcək.

Qərara əsasən, 2020-ci ildən sonra sözügedən təyyarələrin Avropadakı NATO hərbi bazalarında daimi qalması mümkün olacaq.

Qeyd edək ki, ilk uçuşunu 2006-cı ildə reallaşdıran “F-35A Lightning II” hücum təyyarəsi “gələcəyin döyüş təyyarəsi” adını alıb. Bu təyyarə xüsusi və çevik manevr, radardan itmək və düz xətt boyunca enib-qalxmaq imkanlarına malikdir. Hətta, Rusiya hərbi rəhbərliyi “F-35A Lightning II” təyyarəsindən çəkindiklərini bir neçə dəfə etiraf ediblər.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195157.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR