Moskvada yaşayan azərbaycanlı ailə İŞİD-ə qoşulmaq üçün Suriyaya getdi

Moskvada yaşayan azərbaycanlı ailə İŞİD-ə qoşulmaq üçün Suriyaya getdi
16:12 7 Yanvar 2015
94 Dünya
Ölkə mətbuatı
A- A+

Onlar 1 yaşlı körpələrini də özləri ilə aparıblar
Rusiya paytaxtında yaşayan azərbaycanlı ailə İŞİD-ə qoşulmaq üçün Suriyaya yollanıb.

Bu barədə APA-ya dekabrın 31-dən itkin düşən Azərbaycan vətəndaşı Türkan Hüseynovanın əmisi Cavanşir Hüseynov bildirib.

Onların sözlərinə görə, Azərbaycan vətəndaşı, 1993-cü il təvəllüdlü Hüseynova Türkan Fərhad qızı həyat yoldaşı, Rusiya vətəndaşı Hacımurad Həmidov və ailənin 1 yaşlı övladı Səfiya Həmidova ilə 2014-cü il dekabrın 31-də evdən çıxıb, bir daha geri qayıtmayıb: "Onlar itkin düşəndən sonra iki dəfə ailələri ilə əlaqə saxlayıblar. Türkan və Hacımurad ailələrinə fərqli məlumatlar veriblər. Belə ki, Türkan Türkiyənin Antalya şəhərində, Hacımurad isə İstanbulda olduqlarını bildirib".

C.Hüseynov onların axırıncı dəfə yanvarın 1-də valideynləri ilə “skype” vasitəsi ilə danışdıqlarını söyləyib: "Onlar İŞİD-ə qoşulmaq üçün Suriyaya gedəcəklərini bildiriblər. Onlar sabah zəng edəcəklərini desələr də, o vaxtdan nə zəng ediblər, nə də internetə giriblər. Qorxuruq ki, onlar Türkiyə vasitəsi ilə Suriyaya keçib, İŞİD-ə qoşulsunlar".

Əmi onların Moskvadan Ankaraya təyyarə ilə uçduqlarını, daha sonra isə İstanbula getdiklərini deyib: "Türkan Hüseynovanın atası İstanbulda Azərbaycan Baş Konsulluğunun əməkdaşları ilə də görüşüb”.

Qeyd edək ki, Hacımurad Həmidov Dağıstan sakinidir, azərbaycanlıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317759.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR