İntihar edən oğulun şairə anasına SON MESAJI

İntihar edən oğulun şairə anasına SON MESAJI
13:19 15 Aprel 2017
166 Digər
Ölkə mətbuatı
A- A+

Şairə Səadət Butanın 47 yaşlı oğlunun intiharının bəzi təfərrüatları məlum olub.

 

 

Lent.az bildirir ki, şairənin yaxınlarının AzNews.az-a verdiyi məlumata görə, Məmməd Abdullayev son günlər güclü depressiya yaşayırmış:

 

 

"Bununla bağlı da müalicə alırdı. Nədənsə sonra müalicəsini davam etdirməyib. Heç kimin inanmağı gəlmir, Məmməd çox sayğılı insan idi. Anası ilə qurur duyurdu. İki övladı var, bir oğlan, bir qız. Övladları ali məktəblərdə təhsil alırlar. Hamı dəhşət içindədir. Bəzən insan ehtiyacdan intihar edər, amma onların yaşamaq imkanları pis deyildi. Anası evdə olmayıb, yasa gedibmiş. Qızını isə nəsə almaq üçün mağazaya göndərib. Qız evdən çıxan kimi Məmməd özünü mətbəxdəki borudan asıb. Cibindən məktub tapıblar. Yazıb ki, "Bu çirkab həyatda yaşamaq istəmirəm. Bu həyat mənlik deyil."

 

Şairənin yaxınları onu da qeyd edib ki, hazırda yas yerindədirlər:

 

"Bir azdan cənazə götürüləcək".

 

Qeyd edək ki, şairə Səadət Butanın oğlu Məmməd Abdullayev dünən intihar edib. Mərhum yaşadığı evdə özünü asıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272243

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR