TürkPA-nın müşahidə missiyası Türkiyədə referendumu izləyəcək - FOTO

TürkPA-nın müşahidə missiyası Türkiyədə referendumu izləyəcək - FOTO
13:32 15 Aprel 2017
81 Dünya
Ölkə mətbuatı
A- A+

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) nümayəndə heyəti aprelin 16-da Türkiyədə Konstitusiya dəyişiklikləri ilə bağlı keçiriləcək referendumu müşahidə etmək məqsədi ilə Ankarada səfərdədir.

Milli.Az xəbər verir ki, TürkPA-dan Trend-ə verilən məlumata görə, Azərbaycan Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun rəhbərlik etdiyi nümayəndə heyəti ümumxalq səsverməsi ərəfəsində bir sıra görüşlər keçirib. Nümayəndə heyətinə deputat Ağalar Vəliyev, TürkPA-nın baş katibi Jandos Asanov, həmçinin Qazaxıstan və Qırğızıstanın parlament təmsilçiləri daxildirlər.

Nümayəndə heyətinin üzvləri referendumla bağlı Türkiyənin Mərkəzi Seçki Komissiyasının sədri Sadi Güvənlə görüşüblər. S.Güvən bildirib ki, referendum üçün hazırlıqlar yekunlaşıb.

TürkPA nümayəndə heyəti aprelin 16-da keçiriləcək səsvermə prosesinin gedişini izləyəcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/535431.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR