Ronaldo seks-skandal yaşayır

Kriştiano Ronaldonun adı yenidən seks-skandalda hallanır.

Metbuat.az xəbər verir ki, ulduzun 2009-cu ildə 20 yaşlı amerikalı qızı zorladığı deyilir. Sonradan onun qıza susması üçün 375 min dollar təklif etdiyi haqda da xəbərlər gəzir. Qız isə əvəzində Ronaldo ilə olan bütün telefon danışıqlarını və sosial şəbəkədəki yazışmalarını silməli imiş.

Ronaldo ona qarşı qaldırılan ittihamları rədd edir və bunu "bir jurnalist uydurması" hesab edir. Futbolçu məsələ ilə bağlı sona qədər gedəcəyini bildirib.

Qeyd edək ki, ulduzun adı 2005-ci ildə də oxşar hadisədə hallanırdı.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR