Kostanı Çinin 4 klubu istəyir

Kostanı Çinin 4 klubu istəyir
14:42 15 Aprel 2017
96 İdman
Ölkə mətbuatı
A- A+

"Çelsi"nin futbolçusu Dieqo Kostaya Çin klublarından təkliflər gəlməyə davam edir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, qış fasiləsində Çin superliqa klubu "Tiyanjin Quanjian" 28 yaşlı futbolçuya rəsmi təklif göndərib. Amma klubu öz liqasında çempionluğu düşündüyü üçün bu təklifi qəbul etməmişdi.

Yayda daha bir təklif etməyə hazırlaşan Çin klubu, keçid üçün "Çelsi"yə 70 milyon avro ödəyəcəyi gözlənilir. "Tiyanjin Quanjan"dan başqa daha üç superliqa klubu - "Quançjou Everqand", "Fortune", "Jiangsu Suning" ispan hücumçu ilə maraqlanır.

Qeyd edək ki, 2014-cü ildən "Çelsi"nin şərəfini qoruyan D.Kostanın klubu ilə 2019-cu ilin yayına qədər müqaviləsi var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/535458.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR