Əsədi öz generalı satdı - Silahlar orda gizlədilib

Əsədi öz generalı satdı - Silahlar orda gizlədilib
15:05 15 Aprel 2017
146 Dünya
Ölkə mətbuatı
A- A+

Suriya hakimiyyəti yüzlərlə ton kimyəvi silah gizlədib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu "Teleqraf" qəzetinə açıqlamasında Suriya ordusunun eks-generalı Zaher əs-Sakat söyləyib.

"Onlar etiraf edirdilər ki, 1,3 ton kimyəvi silahları var. Biz isə onların bundan iki dəfə çox kimyəvi silaha sahib olduqlarını bilirik. Onların kimyəvi silahlarının miqdarı ləğv edilməzdən əvvəl 2 min tondan çox idi. İndi isə Suriyada bilinməyən kimyəvi silah ehtiyatı bir neçə yüz tondur. Kimyəvi silah ehtiyatı mövqelərin gücləndirilməsi üçün Homs yaxınlığındakı dağlara və Tartusun Cabla şəhərinin yaxınlığına yığılıb", - o bildirib.

Qeyd edək ki, Sakat 2013-cü ilə qədər Suriya ordusunun 5-ci diviziyasının kimyəvi silahlar üzrə bölməsinə rəhbərlik edib. 2013-cü ilin martında o, Suriya ordusundan qaçıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/535464.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR