ABŞ-da nüvə bombasını yeni sınaq mərhələsi başladı

ABŞ-da nüvə bombasını yeni sınaq mərhələsi başladı
15:22 15 Aprel 2017
135 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ hərbçiləri ixtisaslaşmış nüvə bombasının 12-ci modifikasiyasının, "B61-12"-nin ilk sınağını keçirib.

Milli.Az report-a istinadən xəbər verir ki, sınaq nüvə başlıqsız keçirilib.

İnformasiyaya əsasən, Nüvə təhlükəsizliyi üzrə mili idarə və ABŞ-ın Hərbi Hava Qüvvələri birlikdə "B61" nüvə bombasının sınaqdan çıxarmağa başlayıblar.

Məlumata görə, ilk sınaq bu il martın 14-də Nevada ştatının "Tonopa" poliqonunda keçirilib. Bombalar "F-16" qırıcı təyyarələrindən atılıb.

Xəbərdə bildirilib ki, "B61" nüvə bombası 1968-ci ildən ABŞ-ın Hərbi Hava Qüvvələrinin silah arsenalına daxil edilib. Hazırda onları modifikasiya edilən "B61-12" bombaları ilə əvəzləməyi planlaşdırırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/535467.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR