Bakıda keçmiş kafe sahibi şlanqla döyüldü

Bakıda keçmiş kafe sahibi şlanqla döyüldü
15:32 15 Aprel 2017
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda keçmiş kafe sahibi şlanqla döyülüb. 

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən "Qəbələ" kafesində qeydə alınıb.

Belə ki, 34 yaşlı Namiq Vəliyev kafe işçiləri tərəfindən şlanqla döyülüb. O, xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, N.Vəliyev kafenin keçmiş icarədarı olub. O, indiki icarədardan boşqab və qaşıqlara görə ona olan 700 manat borcunu tələb edib. Döyülmə də məhz bu səbəbdən baş verib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/535468.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR