Niyə yəhudi və ərəblər sağdan-sola doğru yazır?

Dünyanın əksər ölkələrində yazı soldan-sağa doğru yazıldığı halda, ivrit və ərəb dilləri istisna təşkil edir.

Metbuat.az xəbər verir ki, ivrit və ərəb dilləri planetin ən qədim dillərindən hesab edilir. Bu qədim yazılar Mesopotamiyada yaranmağa başladığında insanlar yazıları daş üzərində yazırdı. Onların əksəriyyəti üçün çəkiçi sağ tərəfdən vuraraq yazmaq daha uyğun və rahat idi.

Məhz bu səbəbdən həmin qədim dillərin yazılışı bu cür formalaşıb. Sonrakı illərdə romalıların soldan sağa doğru yazmağa başlaması isə yeni istifadə olunan alətlərlə bağlıdır. İlk zamanlarda yazı üçün istifadə edilən mürəkkəb gec quruduğundan soldan sağa doğru yazmaq daha münasib idi.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR