Bərzani ilə görüş: İraqın xəritəsi yenidən çəkilir - Şok FOTO

Bərzani ilə görüş: İraqın xəritəsi yenidən çəkilir - Şok FOTO
16:12 15 Aprel 2017
117 Dünya
Ölkə mətbuatı
A- A+

Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəsmiləri İraq Kürd Muxtar Vilayətinin rəhbəri Məsud Bərzani ilə görüşüblər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Türkiyənin "Milli Qəzeti" yayıb. Ərbildə baş tutan toplantıda Britaniyanı Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi Tobias Martin Elvud, səfir Frank Bakeri və digər diplomatlar iştirak edib.

Görüşlə bağlı ən maraqlı məqam isə tərəflərin İraq xəritəsi üzərində danışıqlar aparması olub. Britaniya Xarici İşlər Nazirliyi görüşdə İŞİD-lə mübarizədə peşmərgənin dəstəklənməsi və İŞİD-dən sonrakı dönəmdə hər iki tərəfin Mosulla bağlı istəklərinin müzakirə edildiyini bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/535472.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR