ABŞ Şimali Koreyaya qarşı müdafiə silahını işə saldı - FOTO/VİDEO

ABŞ Şimali Koreyaya qarşı müdafiə silahını işə saldı - FOTO/VİDEO
17:23 15 Aprel 2017
120 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Silahlı Qüvvələri Şimali Koreyanın hərbi təhdidlərinə cavab olaraq Cənubi Koreya ərazisində Yüksək Regional Hərbi Hava Hücumundan Müdafiə Sistemini (THAAD) yerləşdirməyə başlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən sistemin yerləşdirilməsi barədə qərar Şimali Koreyanın Yapon dənizinə 4 ədəd raket atması və son günlər etdiyi hərbi təhdidlərə cavab olaraq qəbul edilib.

Sistemin ilk dalğası martın 6-da Cənubi Koreyanın Pyeongtaek şəhərində yerləşən Osan hava bazasına göndərilib.

Cənubi Koreyanın Müdafiə Nazirliyi bəyan edib ki, THAAD sistemi ən tez bu ilin aprel ayınadək hazır olacaq.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195172.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR