170 min dollarlıq "Lamborghini"ni cızıq-cızıq etdilər

170 min dollarlıq "Lamborghini"ni cızıq-cızıq etdilər
17:33 15 Aprel 2017
119 Digər
Ölkə mətbuatı
A- A+

Danimarkada 170 min dollarlıq "Lamborghini"ni muzeyə qoyublar ki, ziyarətçilər üstünü cızıq-cızıq etsin.

Publika.az "Daily Mail"-ə istinadən xəbər verir ki, "Lamborghini Gallardo” markalı qara maşın Orxus şəhərindəki incəsənət muzeyində qoyulub.

Muzeyi ziyarət edən adamlar bahalı maşının üstündə ürəyi istəyən cızığı qoya, adını, tarixi yaza bilər. Əksəriyyəti sevgi etirafı yazır.

Hətta kimsə yazıb ki, “Skoda səndən yaxşıdı”. Bu söz yazıq "Lamborghini"yə lap çalın-çarpaz dağ çəkib. Muzeyə düşməyin belə mənfi tərəfləri də varmış.

Muzey rəhbərliyi deyir ki, "Lamborghini" üstü cızıq halda daha gözəl görünür, həm də onu almağa imkanı olmayanlar ürəklərini belə boşaldırlar.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqliavto/195182.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR