Beynəlxalq Muğam Mərkəzində şair Şirvaniyə həsr olunmuş gecə keçirildi

Beynəlxalq Muğam Mərkəzində şair Şirvaniyə həsr olunmuş gecə keçirildi
17:37 15 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Dünən axşam Beynəlxalq Muğam Mərkəzində XIX əsrin Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvaniyə həsr olunan musiqili gecə keçirildi. Milli.Az bildirir ki, Beynəlxalq Muğam Mərkəzinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birgə layihəsi əsasinda keçirilən gecədədə Universitetin müəllim və tələbə heyəti çıxış etdi. 

Seyid Əzim Şirvani 1985-ci il iyul ayının 10-da Şamaxıda ruhani ailəsində anadan olmuşdur.

Ali ruhani təhsili almaq həvəsi 21 yaşlı gənc Seyid Əzimi İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə aparır. Gənc şair İraqda oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərir. Şamaxıya qayıtdıqdan sonra 1869-cu ildə orada yeni üsul üzrə məktəb açaraq ömrünün axırına qədər burada müəllimlik edir. Təsadüfi deyil ki, Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabir , məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə bir sıra başqa yazıçılar məhz onun məktəbində oxumuşlar.

Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi biri azərbaycanca, digəri isə farsca iki böyük külliyyatdan ibarətdir. Azərbaycanca bəddi irsinin əsasını qəzəl janrı təşkil edir.

Gecə gördüm səni, ey afəti dövran, yuxuda,
Ki, elərdin mənə yüz lütfi-firavan yuxuda.

Öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə edən Seyid Əzim Şirvani1888-ci ildə Şamaxıda vəfat etmişdir.

Xalq artisti Simarı İmanova, əməkdar artist Teyyub Aslanov, ADMİU-nun tələbələri Günay Mehdiyeva, Məftun Səfərli, Xalir İmanov dahi şairimizin qəzəllərinə müraciət etdilər. Xanəndələri əməkdar artist Əliğa SƏdiyev (tar), əməkdar artist Toğrul Əsədullayev (kamança), Emin Mirəyev (tar), Ağakərim Abbasov (nağara), Sübhan Əhmədov (balaban), Vüsal Qasımov (ud), Aidə Hicran (qanun) müşayiət etdilər. Əməkdar artist, dosent Azad Şükürov, ADMİU-nun tələbələri Mirxədicə Mirzəyeva, Ağaəli Kərimadə, Aygül Rəcəbli, Novruz Şahverdiyev, Əzizı Həşimova, Əbülfəz İsgəndərov, Sona Novruzova gecədə şairin şerlərini oxudular.  
Keçən il bu layihə çərçivəsində Beynəlxalq Muğam Mərkəzində iki konsert keçirilmişdir. sayca üçüncü olan bu konsertdə tamaşaçılar tərəfindən maraqla qarşılandı. Beynəlxalq Muğam Mərkəzinin və Aərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birgə layihəsi çərçivəsində növbəti gecə 28 apreldə baş tutacaq. Lahiyənin bu tədbirində şair və yazıçı Mikayıl Müşviq yad ediləcək. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/535465.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR