"Onların “Hacı Cavad” məscidinə aidiyyəti yoxdu" - ŞEYXÜLİSLAM

"Onların “Hacı Cavad” məscidinə aidiyyəti  yoxdu" - ŞEYXÜLİSLAM
18:09 15 Aprel 2017
97 Digər
Ölkə mətbuatı
A- A+

Akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) anım mərasimi keçirib. Lent.az-a QMİ-dən verilən məlumata görə, mərasimdə sədr Allahşükür Paşazadə son günlər “Hacı Cavad” məscidi ətrafında baş verənlərə münasibət bildirib:

 

"Ölkə dindarlarının dövlətimizin, onun rəhbərinin ətrafında sıx birləşib.  Bəzi şəxslər dinin adından istifadə edərək “Hacı Cavad” məscidi ətrafında gərginlik yaratmaq istəyirdilər. Onların nə həmin məscidlə, nə həmin məhəllə ilə heç bir aidiyyəti  yox idi. Prezident həzrətləri məsələ ilə bağlı konkret mövqeyini bildirdi, dindarlarımız da dövlət başçısının bu addımını dəstəkləyir. Heydər Əliyevin, Zərifə xanımın ailəsində böyüyən İlham Əliyev həzrətləri dini abidələrimizin, milli-mənəvi dəyərlərimizin qorunması üçün çox mühüm işlər görür və inşallah hələ çox işlər də görəcək. Prezident biz dindarlara verdiyi sözə həmişə əməl edib. Bu gün Zərifə xanımın xatirəsi anılan mərasimdə Azərbaycanda yaşayan digər dinlərin təmsilçiləri də iştirak edir. Bunun özü ölkəmizdəki birliyin, tolerantlığın, həmrəyliyin göstəricisidir. Dindarlarımız bu həmrəyliyi pozmaq istəyən qüvvələrə heç vaxt imkan yaratmayacaqlar”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272253

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR