Ayaqyolunda öz-özü ilə və ya başqaları ilə danışmaq, dua etmək olarmı?

Ayaqyolunda öz-özü ilə və ya başqaları ilə danışmaq, dua etmək olarmı?
19:17 15 Aprel 2017
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Ayaqyolunda zəruri ehtiyac olmadan danışmaq məkruhdur, amma zikr söyləmək məkruh deyil. Çünki Allahın zikrini hər zaman və hər yerdə söyləməyin savabı var. Təharət ehkamında deyilir ki, ayaqyoluna girəndə əvvəlcə sol ayağı içəri qoymaq və şeytandan Allaha sığınmaq mənasını ifadə edən bir zikri söyləmək müstəhəbdir.

Milli.Az islam.az-a istinadən bildirir ki, ayaqyolunda Allahın adlarını zikr etmək, təsbihat demək, hətta Qurandan ayət əl-kürsini oxumaq da məkruh deyil (ayət əl-kürsidən başqa Qurandan hansısa ayə oxumaq məkruhdur). Ayaqyolundan çxıarkən də bəzi duaları söyləmək müstəhəbdir.

Ayaqyolunda söylənməsi müstəhəb olan zikr və duaların haqqında hədis toplularında və fiqh kitablarında ətraflı məlumat verilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/534805.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR