"Sumqayıt" - "Zirə" oyununda qalib müəyyənləşmədi - VİDEO

"Sumqayıt" - "Zirə" oyununda qalib müəyyənləşmədi - VİDEO
19:33 15 Aprel 2017
136 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Premyer Liqasında 26-cı tura start verilib.

Publika.az xəbər verir ki, turun açılış oyunu “Kapital Bank Arena”da “Sumqayıt” və “Zirə” komandaları arasında keçirilib. Baş hakim Əliyar Ağayevin idarə etdiyi oyunun birinci hissəsində hesab açılmayıb.

İkinci hissəyə daha fəal başlayan "Sumqayıt" komandası görüşün 83-cü dəqiqəsində istəyinə nail olub. Matçda Mirabdulla Abbasov fərqlənib. Görüşün 94-cü dəqiqəsində penalti zərbəsini dəqiq yerinə yetirən "Zirə"nin futbolçusu Milan Duriç hesabı bərabərləşdirib.

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/195193.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR