iPhone üçün nəzərdə tutulan və daxilində ayrıca

"ESTI” şirkəti,Kickstarter platformasında, Eye adlı qeyri-adi keysin kampaniyasına start verib.


Faktiki olaraq iPhone üçün nəzərdə tutulmuş bu keysin daxilində ayrıca Android smartfon yerləşir. Eye keysi, 5 inç Full HD AMOLED ekran, 4 nüvəli ARM Cotex-A53 prosessoru, 2800 mAh enerji tutumlu batareya, naqilsiz şarj yığma texnologiyası, iki SIM kart girişi, 256 GB-a qədər microSD girişi və 3.5 mm audiogiriş ilə təchiz olunub. Keys, Android 7.1 Nougat əməliyyat sistemi vasitəsilə çalışır. Keysin iki versiyası var. Onlardan biri mobil şəbəkəyə sahibdir, digəri isə bu özəllikdən məhrumdur. Hal-hazırda sözügedən cihazı 95$ (4G ilə birlikdə 129$) qiymətinə sfraiş etmək olar. Keys satışa çıxandan sonra isə onun qiyməti 189$ (4G ilə birlikdə 229$) təşkil edəcək. Cihazın, bu ilin Avqust ayında satışa çıxması gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR