Bütün kompüter istifadəçilərinin işlərini asanlaşdıracaq,

Kompüterlərlə dai mi əlaqədə olan insanların üstün olduqları bir neçə xüsusiyyət var. Xüsusilə Windows əməliyyat sistemində hərkəsin bilməli olduğu qısa yol klavişləri var ki, bu klaviş kombinasiyalarından istifadə edərək vaxtınıza kifayət qədər qənaət edə bilərsiniz.

Mouse ilə ekranda əməliyyat etmək, gün içərisində uzun müddət kompüter istifadə edən bir şəxs üçün əslində vaxt itkisidir. Çünki qısa yollar ilə bir çox proseduru salisələr içində edə bilirik. Gündəlik istifadədə çox böyük fərq yaradan qısayollar mövcuddur.


Alt + F | İşləməkdə olan proqramın fayl menyusunu açar.

Alt + E | İşləməkdə olan proqramın redaktə menyusunu açar.

Alt + Tab | Proqramlar arası keçid edər.

F1 | Hər Windows proqramı üçün qlobal kömək xidməti təklif edər.

F2 | Seçilmiş faylı adını dəyişdirər.

F5 | İşləməkdə olan proqramı yeniləyər.

Ctrl + N | İşləməkdə olan proqramda yeni boş bir səhifə açar.

Ctrl + O | İşləməkdə olan proqramda yeni bir fayl açar.

Ctrl + A | Səhifədəki bütün mətinləri seçər

Ctrl + B | Seçilmiş mətni qalınlaşdırar. (redaktor funksiyası varsa)

Ctrl + I | Seçilmiş mətni italik (əyri) edər. (redaktor funksiyası varsa)

Ctrl + U | Seçilmiş mətnin altından xətt çəkər. (redaktor funksiyası varsa)

Ctrl + F | O an açıq olan pəncərədə axtarış çubuğu açar.

Ctrl + S | O an açıq olan faylı yaddaşa yazar.

Ctrl + X | Seçilmiş obyekti kəsər.

Shift + Del | Seçilmiş obyekti kəsər.

Ctrl + C | Seçilmiş obyekti kopyalayar.

Ctrl + Ins | Seçilmiş obyekti kopyalayar.

Ctrl + V | Yapışdırar.

Shift + Ins | Yapışdırar.

Ctrl + K | Seçilmiş mətnə link verər.

Ctrl + P | Mövcud faylı çapa göndərər.

Home | Mövcud sətrin başına gedər.

Ctrl + Home | Faylın başına gedər.

End | Mövcud sətrin sonuna gedər.

Ctrl + End | Faylın sonuna gedər.

Shift + Home | O anki nöqtədən sətirin başına qədər seçər.

Shift + End | O anki nöqtədən sətirin sonuna qədər seçər

Ctrl + Left arrow | Bir sözün sonundan digər sözün sonuna keçər.

Ctrl + Right arrow | Bir sözün əvvəlindən digər sözün əvvəlinə keçər.

Ctrl + Esc | Start menyusunu açar.

Ctrl + Shift + Esc | Tapşırıq idarəçisini açar

Alt + F4 | Aktiv olan proqramı bağlayar

Alt + Enter | Seçilmiş pəncərənin "Xüsusiyyətlər” menyusunu açar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR