Britaniya bankları istehlak kreditləşməsini azaldır

Britaniya bankları istehlak kreditləşməsini azaldır
19:37 15 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın əksər bankları yaxın aylarda Brexit səbəbindən istehlak kreditləşməsini azaldacaqlar.
Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə ölkənin Mərkəzi Bankı olan "Bank of England"ın (BoE) kredit bazarının vəziyyəti barədə yaydığı hesabatda bildirilib.
İngiltərə bankları 2008-ci ildən bəri ilk dəfə istehlak kreditləşməsinin azaldılmasına gedəcəklər. Hesabatda deyilir ki, kredit təşkilatları britaniyalıların alıcılıq qabiliyyətinin aşağı düşməsindən, 2017-ci ildə istehlak həcminin azalmasından və funt sterlinqin məzənnəsinin zəifləməsindən narahatdırlar. Banklar, həmçinin qeyri-müəyyənlik şəraitində şirkətlərin biznes investisiyalarının azalmasından ehtiyat edirlər. Bu da korporativ sektorun kreditləşməsində öz neqativ əksini tapacaq.
Bununla belə, hələ ki, BoE ölkə iqtisadiyyatında vəziyyətin pisləşməsini gözləmir. Bank bu il ümumi daxili məhsulun (ÜDM) artımı üzrə proqnozunu 1,4%-dən 2%-ə çatdırıb. 2018-ci il üzrə artım proqnozu 1,6%, 2019-cu il üzrə isə 1,7%-dir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/535500.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR