Cavanlaşmaq üçün

Yaşlanmaq, üz qırışı təhlükəsi hər bir qadının qorxusudur.

Sizə təqdim etdiyimiz yosun maskası 1 həftəyə öz effektini göstərəcək.

  1. 2-3 x.q qurudulmuş yosun (hər bir aptekdə var) 4-5 x.q üzərinə isti su tökülür. Ağzıörtülü halda 10—15 dəq. saxlanılır.
  2. Üz dəriniz yağlıdırsa, o zaman məhlula 1 damcı limon şirəsi əlavə edə bilərsiniz. Yox dəri qurudursa, A və E vitamini yağı əlavə edə bilərsiniz.
  3. Yaxşı qarışdırılır və üzə çəkilir 20-25 dəq. saxlanılır.
  4. Sonra üzü ilıq su ilə yuyulur.

Bu maska həftədə 3-4 dəfə edilərsə, üz dərisinin cavanlaşdığını və parlaqlaşdığının şahidi olacaqsınız.

Tahirə Əlirzayeva


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR