Parkinson müalicəsində yeni ümid

Parkinson müalicəsində yeni ümid
19:47 15 Aprel 2017
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Siçanlar üzərində aparılan araşdırmada beyində ziyana uğramış hüceyrələrin yenidən proqramlaşdırılması ilə Parkinson xəstəliyinin müalicə edilə biləcəyi ümidini doğurdu. İsveçin paytaxtı Stokholmda Karolinska İnstitutunda aparılan tədqiqatda, əvvəl Parkinson bənzəri simptomların (titrəmə, tarazlıq itkisi, əzələ sərtliyi, hərəkət məhdudluğu) müşahidə edilməsi üçün siçanların beyinlərində dopamin adlı kimyəvi maddəni istehsal edən sinir hüceyrələrinə ziyan verildi. Parkinson simptomları göstərməyə başlayan siçanların beyinlərinə daha sonra, müxtəlif molekullardan ibarət bir qarışıq köçürüldü.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, beş həftə içərisində siçanların hərəkətlərində yüksək dərəcədə yaxşılaşma və daha düzgün yerimə müşahidə olundu. Araşdırmaçılar, bunun bir hüceyrə nəqli olmadığını, yalnız köçürülən molekullarla beynin yenidən programlandığını ifadə etdilər. Mütəxəssislər, siçanlarda Parkinson xəstəliyinin simptomlarını yox edən bu üsulun daha sonra insanlarda da sınaqdan keçiriləcəyini ifadə etdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/534810.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR