Suriyadan Qarabağa QƏDƏR, qətl və müharibə ƏN YAXŞI VARİANT… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Suriyadan Qarabağa QƏDƏR, qətl və müharibə ƏN YAXŞI VARİANT… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
20:03 15 Aprel 2017
101 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayır. Suriya ordusuna aid aviabazanın ABŞ tərəfindən vurulması ilə əlaqədar gərginlik davam edir. Qərb daha açıq səslə Suriya lideri Bəşər Əsədin hakimiyyətdən getməli olduğunu bildirir. Rusiya prezidenti Vladimir Putin Suriyada yeni təxribatların hazırlandığı barədə xəbərdarlıq edib. Koreya yarımadası ətrafında vəziyyət gərginləşir. ABŞ-ın bölgəyə hərbi gəmilərini çıxartmasından sonra, Şimali Koreya ordunu hazır vəziyyətə gətirib. “Putin NATO-su” adlanan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) erməni baş katibi təyin olunması nəhayət ki baş tutdu.

Azərbaycan, Dağlıq Qarabağ

Azərbaycan ordusu aprel ayının 16-dan qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə genişmiqyaslı təlimlər keçiriləcək.

Təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq. Təlimlər aprelin 21-dək davam edəcək.

Eyni zamanda Ermənistan silahlı qüvvələri işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlim keçirir. Ermənilər aprelin 13-dən Ağdamın Uzundərə adlanan ərazisində təlimlərə başlayıb. Erməni hərbçilər irimiqyaslı hərbi təlimlərdə əsasən ağır artilleriya qurğularından istifadə edirlər. Ağır artilleriya və zirehli texnikalardan açılan atəş səsləri rayonun bütün yaşayış məntəqələrində eşidilir.

KTMT-nin baş katibinin səlahiyyətlərini müvəqqəti icra edən Valeri Semerikov bildirib ki, baş katib vəzifəsinə təyinat təşkilata üzv dövlətlərin rəhbərlərinin dünən Bişkekdə keçirilən iclasında reallaşıb.

Yeni baş katib Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Yuri Xaçaturovdur. Bununla Ermənistanın öz arzusuna çatdığı hesab olunur. Lakin Yuri Xaçaturovun Moskvaya bağlılığı Putinin gizli planını reallaşdırdığını deməyə əsas verir.

Rusiyadan Ermənistana SARSIDICI ZƏRBƏ: Xaçaturovun sirri və GİZLİ HƏDƏF

Ermənistanın birinci prezidenti, “Erməni milli konqresi”nin lideri Levon Ter-Petrosyan yenidən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunub və əvvəlki təkliflərini səsləndirib. “Hazırda danışıqlar masasında olan variant ən yaxşı təklifdir. Ərazilərin qaytarılması və təhlükəsizliyin təmin edilməsi lazımdır. Vaxt keçdikcə, bu, bizim ziyanımıza işləyir”, - deyə o bildirib.

Ter-Petrosyan erməniləri qul adlandırdı və Qarabağı TƏLƏB ETDİ

“Donald Tramp müharibəni rəsmi səviyyəyə çıxararaq, Suriyada Obama tərəfindən başlanmış siyasəti davam etdirir”. Bu barədə rusiyalı politoloq Qriqori Trofimçuk deyib.

Q.Trofimçuk hesab edir ki, Vaşinqton Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da öz yanaşmasını təqdim edəcək və bu yanaşma əvvəlkindən daha kəskin olacaq və ABŞ Rusiyanı Qarabağ münaqişəsinin nizama salınmasından uzaqlaşdırmağa çalışacaq.

Suriyadan sonra QARABAĞ... - Torpaqlarımızda Putin-Tramp MÜHARİBƏSİ QIZIŞIR

Suriya böhranı

Türkiyə hökuməti Astana görüşündən əvvəl Suriyada atəşkəsə zəmanətçi olan ölkələrin (Rusiya, İran, Türkiyə) Tehranda qapalı görüş keçirməsini istəyib. Bunu Suriya Xarici İşlər nazirinin müavini Faysal Mikdad söyləyib. O, görüşün Tehranda aprelin 18-i və 19-da keçiriləcəyini bildirib. Mikdad Astanadakı danışıqların yeni raundunun Tehran görüşünün nəticələrindən asılı olacağını söyləyib. Qeyd edək ki, Astana görüşü mayın 3-də keçiriləcək.

ABŞ prezidenti Donald Tramp Rusiyanın Suriyadakı addımlarına görə Putin hökumətinə qarşı yeni sanksiyalar irəli sürmək niyyətindədir. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley Trampın Rusiya və İrana qarşı sanksiyalar tətbiq etməyi planlaşdırdığını açıqlayıb. Onun sözlərinə görə, Suriyada hakimiyyətdə Bəşər Əsəd olduğu müddətdə Suriyada sülh görmürlər. “İranın Suriyadakı nüfuzunu qırmaq və problemin həllinə nail olmaqdır. Rejim dəyişikliyinin reallaşacağını düşünürük”, - o əlavə edib.

Rusiya Dövlət Dumasının xarici əlaqələr komitəsinin rəhbəri Konstantin Kosaçev isə bildirib ki, Tramp Suriyaya görə Rusiyaya qarşı sanksiyalar tətbiq edərsə, bu, iki ölkənin münasibətlərini pozacaq.

ABŞ prezidentinin müşaviri general Gerbert Makmaster Amerikanın Suriya hökumət qüvvələrinin bazalarına endirilən raket zərbələrini artıra biləcəyini söyləyib. Amerikalı senator Con Makkeyn Suriya Hərbi Hava Qüvvələrinin bütün bazalarını yox edilməli olduğunu bildirib.

ABŞ Hərbi Hava Qüvvələrinin Suriya ordusuna aid aviabazanı raket atəşinə tutması Dəməşqin ən yaxın himayəçilərindən olan Moskva ilə Vaşinqton arasında münasibətləri daha da gərginləşdirib. ABŞ-Rusiya münasibətlərinin inkişafını dəyərləndirən KİV və ekspertlər hərbi qarşıdurmanı da istisna etmirlər.

ABŞ və Rusiya nüvə müharibəsinə başlaya bilər - ÜÇ MÜMKÜN SSENARİ

ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp Suriya hökumət qüvvələrinə aid hərbi hava bazasına raket zərbələrinin endirilməsi barədə atasının qərarına əhəmiyyətli təsir göstərib. Bu haqda öz mənbələrinə istinadən “The Independent” nəşri məlumat yayıb.

“RİA Novosti”yə müsahibəsində Suriya Xarici İşlər nazirinin müavini Faysal Mikdad xəbərdalıq edib ki, Əsəd hakimiyyətdən getsə, Suriya dövlət olaraq yox olacaq və parçalanacaq. “Biz hər zaman demişik ki, bu hakimiyyət olmasa, Suriya yox olacaq. Bizim rəhbərlik ölkədə islahatların keçirilməsinin mahiyyətini anlayır”, – deyə o bildirib.

Rusiya ordusunun ehtiyatda olan general-polkovniki Yevgeni Bujinski isə hesab edir ki, Suriyanın dövlət başçısı Bəşər Əsədi hərbi yolla devirmək mümkün deyil. “Rusiya və İran hərbi yardımı davam etdirdiyi təqdirdə, Bəşər Əsədi hərbi yolla devirmək mümkün olmayacaq”, - general deyib.

Almaniya hökumətinin sözçüsü Steffen Seybert isə deyib ki, Əsəd prezident olduğu müddətdə Suriyada dinclik olmayacaq: “Əsəd heç vaxt sülhə razı olmayıb. Böhranın həll olunması üçün Əsəd vəzifəsindən getməlidir. Yoxsa Suriyada heç vaxt sülh və sabitlik hökm sürməyəcək”.

“Əsəd ailəsinin iqtidarı sona yaxınlaşır”. Bu barədə ABŞ Dövlət katibi Reks Tillerson “G7” sammitindən sonra verdiyi açıqlamada deyib.

G7 (“Böyük yeddilik”) ölkələrinin xarici işlər nazirlərinin görüşündə (10-11 aprel) Rusiya və Suriya barəsində sanksiyalar haqqında qərar qəbul edilməyib. Lakin bütün ölkələr Suriya prezidenti Bəşər Əsədin ölkənin gələcəyinin bir hissəsi olmasının mümkün olmadığı fikrində razılaşıblar.

Suriya mənbələrinin məlumatına görə, Vaşinqton artıq Əsədin yerinə gələcək şəxsi də müəyyənləşdirib. Bu, Suriya hadisələri başlayan zaman Fransaya sığınan keçmiş ordu generalı Menaf Tlasdır. “Əsədi devirmək üçün ABŞ-ın Rusiyanı əsəbiləşdirəcək addımlar ata biləcəyi gözlənilir. Suriyada yerli mənbələr ABŞ-ın qısa müddətdə bir neçə strateji obyekti də vuracağını deyirlər. Hətta rus əsgərləri bəzi strateji nöqtələri boşaldırlar”, - deyə Türkiyənin “Vatan” qəzeti yazıb.

Əsədin devrilməsi QƏTİLƏŞDİ: onu bu general əvəzləyəcək – FOTO

Moskva isə ABŞ-la Suriya üzrə genişmiqyaslı saziş naminə Bəşər Əsədə dəstəyindən imtina variantına baxmır.

Moskva Qərbin Əsədlə bağlı tələbinə CAVAB VERDİ

Rusiya prezidenti Vladimir Putin italiyalı həmkarı Sergio Mattarella ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bildirib ki, Suriyada yeni təxribatlar hazırlanır. Hədəf Suriya hakimiyyətini kimyəvi silahdan istifadədə ittiham etməkdir.

“Bizdə müxtəlif mənbələrdən informasiya var ki, belə təxribatlar hazırlanır. Suriyanın başqa regionlarında, həmçinin Dəməşqin cənub şəhərətrafında hansısa bir maddəni atmağa və Suriyanın rəsmi hakimiyyətini ittiham etməyə hazırlaşırlar”, - Putin deyib.

Rusiya prezidentinin fikrincə, Avropa ölkələri ABŞ-ın Suriyaya zərbələrini dəstəkləyərək Donald Tramp administrasiyası ilə münasibətləri qaydaya salmağa çalışır.

ABŞ-ın dövlət katibi Reks Tillerson 11-12 aprel tarixlərində Moskvada səfərdə olub. Britaniyanın “The Telergraph” nəşri səfərdən əvvəl bildirmişdi ki, Qərb diplomatiyası Bəşər Əsədə dəstəkdən imtinaya əvəz olaraq Rusiyanı G7-yə qaytara bilər. Tillersonun da Moskvaya bu təkliflə getdiyi iddia olunurdu.

Putindən tələb olunan QURBAN: Məğlubiyyət və alçalmanın BİR ADDIMLIĞINDA

Görüşdən əvvəl Lavrov ABŞ-ın Suriyaya raket zərbələrini beynəlxalq hüququn pozunması adlandırıb. O bildirib ki, ABŞ-ın ikitərəfli və beynəlxalq problemlər üzrə bu yaxınlarda verdiyi bəyanatlarla bağlı Moskvada bir çox suallar var. Reks Tillerson isə Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdə olmasının ABŞ maraqlarına zidd olduğunu söyləyib: “Əsədin hakimiyyəti sona çatmalıdır. Bu mövzuda digər ölkələr də bizə dəstəkdir. Əsəd öz xalqınının məhvinə davam edir”.

Rusiya və ABŞ arasında Suriyaya dair milli maraqlara cavab verən əlverişli sövdələşmə əldə olunmazsa, Rusiya təcrid edilə bilər. Bunu brifinqdə Ağ Evin nümayəndəsi Şon Spayser deyib.

“Milli maraqlarımıza cavab verməyən sövdələşməyə imza atmayacağıq. Bu halda Rusiya təcrid ediləcək”, - deyə o qeyd edib.

"Bəşər Əsəd rejiminin əlində hələ də kimyəvi silahlar var". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Əlimizdəki dəlillər Suriya rəhbərliyinin hələ də kimyəvi silah arsenalına sahib olduğunu göstərir. Əsədsiz Suriya üçün Rusiya razı salınmalıdır”, - o, Suriya mövzusu üzrə G7 (“Böyük yeddilik”) zirvəsindən sonra danışıb.

2013-cü ildə Suriya ordusundan fərarilik etmiş general Zaher əs-Sakat iddia edir ki, hökumət yüzlərlə ton kimyəvi silahları Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatından (KSQT) gizlədib. Bununla belə artıq üç ildir ki Suriyada olmayan Zaher əs-Sakat heç bir dəlil təqdim etməyib.

General 2013-cü ilədək Suriya Silahlı Qüvvələrinin 5-ci diviziyasının kimyəvi silah hissəsinin komandiri olub. 2013-cü ilin martında general ordudan fərarilik etsə də, məlumata görə, Suriyadakı bəzi rəsmi şəxslərlə əlaqəsini saxlayıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyanın fərari generalının Bəşər Əsəd hakimiyyəti ilə bağlı ittihamlarına cavab verib. .Lavrov fərari generalın Suriya iqtidarını kimyəvi silahdan istifadə etməkdə günahlandırmasının doğru olmadığını bildirib.

Əsəd yenidən kimyəvi silah istifadə edəcək. Bunu ABŞ-ın Suriyadakı son səfiri Robert Stefen Ford ABŞ-ın Şayrat hücumu haqda CBS kanalına danışarkən deyib. Səfir Suriyada Əsəd rejiminə qarşı mübarizənin davam etdirilməsinin vacib olduğunu bildirib.

Amerika kəşfiyyatı Suriya hərbçiləri və kimya ekspertlərinin İdlibdə zarin qazının tətbiqi ilə kimyəvi silah hücumuna hazırlığını göstərən danışıqlarını yaxalayıb. Bu haqda CNN telekanalına ABŞ hökumətindəki mənbə bildirib.

Moskvaya BÖYÜK ZƏRBƏ: ABŞ kəşfiyyatı danışıqları ƏLƏ KEÇİRDİ

Ukraynanın “Obozrevatel” nəşrinə Rusiya jurnalisti Leonid Radzixovski Suriyada kimya hücum haqqında qətnamə layihəsinin səsverməsini BMT-nin bütün mövcudluğu ərzində Rusiya üçün “ən biabırçı” adlandırıb.

“Rusiya həqiqətən tam siyasi təcrid vəziyyətindədir. Bu, eksperimental faktdır. Əgər Boliviya, həmçinin İran, Şimali Koreya və “Hizbullah” sizi dəstəkləyirsə, onda bu nə adlanır?” – Radzixovski bildirib.

“Nazarbayev Rusiyanı uçuruma yollayır” - XƏBƏRDARLIQ

ABŞ prezidenti Donald Tramp "Fox Business"ə müsahibəsində Rusiya prezidenti Vladimir Putinin Bəşər Əsədi dəstəkləməsini pisləyib. "Putin Bəşər Əsədi dəstəkləyir, hansı ki, bu insan həqiqətən də pis insandır. Mən düşünürəm ki, bu Rusiya üçün çox pisdir. Mən düşünürəm ki, bu bəşəriyyət üçün çox pisdir. Bu bizim dünyamız üçün çox pisdir, - o deyib.

“Bəşər Əsədin kimyəvi silah istifadə etməsinə maneə törədəcək ən təsirli üsul hərbi müdaxilədir”. Bunu ABŞ müdafiə naziri Ceyms Mettis ABŞ Mərkəzi Qüvvələrinin (CENTCOM) komandiri Cozef Votellə ABŞ Müdafiə Nazirliyində (Pentaqon) keçirdiyi mətbuat konfransında deyib.

Müdafiə naziri bildirib ki, Suriyanın İdlib vilayətində kimyəvi silah hücumunun Suriya rejimi tərəfindən həyata keçirildiyinə dair heç şübhə yoxdur.

Trampı rəsmən sildilər: Pentaqondan hərbi müdaxilə ANONSU

Koreya yarımadası

ABŞ gözlənilmədən Cənubi Koreya sahillərinə “Carl Vinson” atom təyyarədaşıyanının başçılıq etdiyi zərbə qrupunu göndərib. Cənubi Koreyanın “Renxap” informasiya agentliyinin məlumatlarına görə, Amerika gəmilərinin zərbə qrupu əvvəlcə Avstraliya sahillərinə getməyi planlaşdırsa da, hazırda Sinqapurdan Koreya yarımadasına doğru hərəkət edib.

Nüvə silahları qaynar bölgədə: 5 gün sonrakı MÜHARİBƏYƏ HAZIRLIQ

Koreya yarımadasına Amerika hərbi donanmasının zərbə qrupunun göndərilməsi ABŞ-ın təcavüzkar niyyətlərini göstərir. Bu haqda Koreya Xalq Demokratik Respublikasının (KXDR) Xarici İşlər Nazirliyindən bildirilib. Nazirlik bildirir ki, Pxenyan Vaşinqtonun istənilən təxribatına cavab verməyə hazırdır.

Şimali Koreya-ABŞ müharibəsi başlayır: DƏHŞƏT DOLU BƏYANAT

Şimali Koreya (Koreya Xalq Demokratik Respublikası) hökuməti ölkədə müharibə vəziyyəti elan edib. Məlumata görə, paytaxt Pxenyanda mülkü əhalinin təxliyə edilməsi işi başladılıb. Şimali Koreya lideri Kim Çen İn paytaxt əhalisinin ən azı 25 faizinin təxliyə edilməsi əmrini verib.

Nüvə müharibəsi başlayır – 4 dövlətin ordusu hazır vəziyyətə gətirildi

Dünya KİV-inin məlumatına görə, ABŞ-ın “Navy SEALS Team 6” elit dəstəsi KXDR-lə münasibətlərdə gərginliyin artması fonunda Koreya yarımadasına gəlib. İddiaya görə, ABŞ-ın xüsusi təyinatlı dəstəsi hazırda Şimali Koreya liderinin aradan qaldırılması üçün hərəkətləri yerinə yetirir.

Bin Ladeni öldürən qrup dövlət başçısını qətlə yetirəcək - PLANIN İCRASI BAŞLANDI

Koreya Xalq Demokratik Respublikasının (KXDR) müasir qiymətlərdirmələrə görə, 10-dan 20-ə qədər nüvə yükünə malikdir. Ekspertlər qeyd edir ki, Cənubi Koreya və Yaponiyanın sıx məskunlaşmış rayonlarına nüvə zərbəsi qlobal miqyaslı faciə yaradacaq.

Eyni anda 20 nüvə zərbəsi və qlobal faciə... - İKİ ÖLKƏ YER ÜZÜNDƏN SİLİNƏCƏK

Şimali Koreya yeni nüvə sınağını həyata keçirməyə hazırlaşır. “The New York Times” nəşrinin yazdığına görə, amerikalı ekspertlərin sputnikdən apardıqları müşahidələr bu sınaqların Mantapson dağlıq əraizində həyata keçiriləcəyini deməyə əsas verir. Ekspertlərin fikrincə, rəsmi Pxenyan öz gücünü nümayiş etdirir, buna görə də yeni sınağın 15 aprel tarixində, Şimali Koreyanın qurucusu Kim İr Senin doğum günündə həyata keçiriləcəyi gözlənilir.

“ABŞ Şimali Koreyaya genişmiqyaslı zərbələr endirəcəyi halda, bir neçə yüz qanadlı “Tomaqavk” raketi cəlb ediləcək. Amerika donanmasında bu raketlərlə təchiz edilmiş “Ohayo” sinfindən dörd sualtı qayıq var. Əgər onların hamısı cəlb edilərsə, onda Şimali Koreyaya 600 qanadlı raket buraxılacaq”. Bunu Koreya yarımadası ətrafındakı son vəziyyəti şərh edən Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Pravda.ru-ya müsahibəsində deyib.

III Dünya müharibəsi və 600 qanadlı raket eyni anda... - SSENARİ - VİDEO

ABŞ hakimiyyəti Şimali Koreyanın nüvə proqramına qarşı çoxsəviyyəli strategiya hazırlayıb. “Röyters” bildirir ki, əks addımların siyahısı kifayət qədər genişdir və həmçinin güc metodlarını nəzərdə tutur. Ancaq ABŞ prezidenti ilk növbədə diplomatik və iqtisadi ölçülərə baxır.

Vaşinqton sanksiyaları BMT-nin yolu ilə tətbiq edilə bilər.

ABŞ prezidenti Donald Trampın köməkçilərindən olan Sebastiyan Qorka Liviyanı üç hissəyə bölməyi təklif edib. Bu haqda İngiltərənin “The Guardian” nəşri yazıb.

Nəşrin yazdığına görə, Trampın köməkçisi salfetin üstündə çəkdiyi xəritə ilə Liviyanı Osmanlı dövründəki üç ayrı bölgənin sərhədləri üzərindən bölünməsini təklif edib. O, xəyali dövlətlərin sərhədlərini də göstərib.

“Bu ölkəni üç hissəyə bölək!” - Trampa salfet üzərində ŞOK TƏKLİF

Türkiyə, İran

ABŞ Türkiyənin Adana vilayətindəki İncirlik hərbi hava bazasını tərk etməyə hazırlaşır. Bu haqda İsrail kəşfiyyatına (MOSSAD) yaxınlığı ilə tanınan “Debka” saytı bildirib.

Saytın yazdığına görə, ABŞ İncirlik əvəzinə Suriyanın şimalında qurulan 5 hərbi hava bazasına yerləşməyi planlaşdırır. Bazalardan ikisi Kamışlı, digərləri isə Rimeylan, Tabka və Kobanidə yeləşir. Bütün bazalar istifadə üçün hazır vəziyyətə gətirildikdikdən sonra ABŞ Suriyada əməliyyatları iki dəfə artıracaq.

Daha əvvəl yayılan məlumata görə, NATO missiyası çərçivəsində İncirlik bazasında yerləşdirilən Almaniyanın kəşfiyyat təyyarələrinin Cənubi Kipr və İordaniyadakı bazalara köçürülməsi planlaşdırılır.

Türkiyədə aprelin 16-da konstitusiya dəyişiklikləri ilə əlaqədar keçiriləcək. Bu səsvermə Türkiyənin tarixində Konstitusiyasına dəyişikliyi ilə bağlı 7-ci referendumdur.

İranda mayın 19-da keçiriləcək president seçkilərində iştirak edəcək bəzi namizədlərin kimliyinə aydınlıq gəlib. Keçmiş prezident Mahmud Əhmədinejad prezident seçkiləri üçün namizədliyini açıqlayıb. İndiki prezident Həsən Ruhani seçkilərdə iştirak edəcəyini bildirib. Bundan başqa, Həsən Ruhaninin əsas rəqiblərindən sayılan İbrahim Rəisinin prezidentliyə namizədliyi qeydə alınıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/195189.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR