Ölü məzardan çıxarılır - Madaqaskarda qəribə adət - FOTO

Ölü məzardan çıxarılır - Madaqaskarda qəribə adət -  FOTO
20:12 15 Aprel 2017
148 Maraqlı
Ölkə mətbuatı
A- A+

Madaqaskarın paytaxtı Antananarivonun 50 km uzaqlığında yerləşən Ambohitseheno şəhərindəki Nanjakana Morarano kəndində ölüləri qəbirdən çıxarma ənənəsi var.

Milli.Az modern.az-a istinadən bildirir ki, ölümlə həyat arasında əlaqə qurduqlarına inandıqları üçün ölüləri qəbirdən çıxarma ənənəsini davam etdirən kəndlilər, özlərini bu şəkildə atalarının adını daşımağa layiq görürlər.

Proses 3 gün müddətində davam edir. İlk gün kənddəki bütün əhali yeməyə dəvət edilir.

2-ci gün Hira Gasi adı verilən ənənəvi musiqinin müşayiəti ilə rəqs edilir. 3-ci gün isə ölüləri qəbirdən çıxarma prosesi başlayır.

Qəbirdən çıxarılan ölülər, köhnə kəfəndən çıxarılıb yeni kəfənlərə bükülür. Köhnə kəfənlər isə uşaqları olsun deyə, sonsuz qadınlara və ya şans gətirdiyinə inanan kəndlilərə verilir.

Yeni kəfənə sarılan cənazələr, quruması üçün 7 gün saxlanılır.

Bundan sonra 7 dəfə məzarının ətrafında çevrə vurularaq rəqslər altında yenidən məzarlarına qoyulur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/535507.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR