Cocuq Mərcanlıda 1037 qəlpə tapıldı

Cocuq Mərcanlıda 1037 qəlpə tapıldı
20:43 15 Aprel 2017
82 Ölkə
Ölkə mətbuatı
A- A+

ANAMA aprelin 15-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.

Publika.az xəbər verir ki, Cocuq Mərcanlı kəndində gün ərzində 1037 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 36 min 61 kv.m ərazi yoxlanılıb.

Cəmi 57 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 27 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib, 1 823 139 kv.m ərazi yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/195198.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR