Parisdə miqrantlar dava saldılar: 20 yaralı

Parisdə miqrantlar dava saldılar: 20 yaralı
20:47 15 Aprel 2017
95 Dünya
Ölkə mətbuatı
A- A+

Aprelin 15-ə keçən gecə Fransanın paytaxtı Paris şəhərinin şimalında yerləşən Porte de la Chapelle rayonunda mühacirlər arasında toqquşma olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, iğtişaşlarda Əfqanıstandan və Sudandan olan təxminən yüzdən çox mühacir iştirak edib. İnsidentə bu rayonda açılmış mühacirlərin qəbulu mərkəzində yer çatışmazlığının səbəb olduğu bildirilir. Yaranmış vəziyyətə müdaxilə etmək məcburiyyətində qalan polis yalnız bir neçə saatdan sonra asayişi bərpa edə bilib.

İğtişaşlar nəticəsində azı 20 mühacir müxtəlif dərəcəli xəsarətlər alıb.

Porte de la Chapelle rayonundakı mühacirlərin qəbulu mərkəzi 2016-cı ilin noyabrında fəaliyyətə başlayıb. 400 nəfər tutumu olan mərkəz hər gün 50-75 yeni mühaciri qəbul edə bilir. Bununla yanaşı, mərkəzdə qalma müddəti 10 günlə məhdudlaşır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/535513.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR