İştah kəsən 7 qida

İştah kəsən 7 qida
20:47 15 Aprel 2017
134 Ölkə
Ölkə mətbuatı
A- A+

Alma: Tərkibindəki su və pektin adlı xüsusi bir lif sayəsində mədədə həcm yaradır. Əgər çox acmısınızsa, yeməkdən əvvəl darçın səpilmiş yarım alma yeyib üstündən 1 stəkan su içmək iştaha nəzarəti təmin edəcək.

Paxlalılar: Tədqiqatlar gün ərzində quru paxla yeyənlərin, yeməyənlərə görə, daha tox hiss etdiyini göstərir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, zülal məzmunu yüksək olan bu qidalar eyni zamanda antioksidant, dəmir, B vitamini və lif qaynağıdır.

Şorba: Yeməklərdən əvvəl içilən bir kasa şorba, mədədə həcm tutur və daha az kalori qəbulunu təmin edir. Daha da təsirli olması üçün bol miqdarda ədviyyat əlavə edə bilərsiniz.
 
Turşu: Probiotiklərin nə qədər faydalı olduğunu artıq hamımız bilirik. Turşu da mayalandığından faydalı bakteriyaları ehtiva edən probiotik bir qida qaynağıdır. Bu sayədə həzmə kömək edir və iştahın tənzimlənməsini təmin edir.

Bibər: Aparılan araşdırmalar, yeməklərində bibər istehlak edən insanların, yeməyənlərə nisbətdə doyma hissinin daha uzun olduğunu göstərmişdir.
 
Yumurta:
Günə yumurtayla başladığınız gün, həm günortaya qədər aclıq hiss etməyəcək, həm də günorta yeməyində daha nizamlı bir şəkildə yemək yeyəcəksiniz.

Acı şokolad: Acı şokoladın qan təzyiqini salmaq təsiri ilə birlikdə, həm şirin, həm də duzlu yemək istəyini azaltdığı müşahidə edilmişdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/534811.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR