“Mənim azarkeşlə nə işim var?” - Elxan Abdullayev

“Mənim azarkeşlə nə işim var?” -   Elxan Abdullayev
21:07 15 Aprel 2017
93 İdman
Ölkə mətbuatı
A- A+

“Bu gün layiqli qələbə qazandıq. Komandamı təbrik edirəm. Başqa deyəcək bir sözüm yoxdu”. Bu sözləri “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev deyib.

 

Azərbaycan Premyer Liqasının 26-cı turunda evdə AZAL-ı qəbul edən “Neftçi” darmadağına sevinib.

 

Fikirlərini qısa açıqlayan çalışdırıcı daha sonra oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

- Əvvəlkilərdən fərqli olaraq, oyundan sonra futbolçularla birgə azarkeşlərə yaxınlaşmadız...

- Mən heç vaxt azarkeşlərə yaxınlaşmamışam. Mənim azarkeşlə nə işim var? Sağ olsunlar, azarkeşlik edirlər, ancaq heç vaxt onlara yaxınlaşmamışam.

 

- Sizcə, hər şey son turda həll ediləcək?

- Proqnoz verə bilmərəm. Yalnız onu deyə bilərəm ki, qarşıda 2 oyunumuz var, hər iki oyunu qələbəylə başa vurmalıyıq.

 

- Qələbəyə rəğmən, əhvalınız yoxdu sanki...

- Niyə sevinməliyəm ki?

 

- Komandanız 4:0 hesabıyla qalib gəlib...

- Komanda bu qələbələri çoxdan qazanmalıydı.(Apasport.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mnim-azarkel-n-iim-var-t57632.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR