Yuxuda iflic olmaq mümkündür?

Yuxuda iflic olmaq mümkündür?
21:17 15 Aprel 2017
93 Ölkə
Ölkə mətbuatı
A- A+

İflic - beynin bir qisiminə qan axışının getməməsi və ortaya çıxan nevroloji simptomlardır. Əgər yatarkən iflic keçirilsə, oyandıqdan sonra iflicin əlamətləri görülə bilər. Hərəkət və ya koordinasiya əlaqəli problemlər iflicə işarə edə bilər. Bədənin bir, ya da iki yanında birdən görülən ani bir gücsüzlük, və ya hərəkət edə bilməmək belə, bir problemin işarəsidir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, iflic ümumiyyətlə beynin üz və dil hərəkətindən məsul bölgələrinə təsir edir. Bu səbəbdən üz ifadələrində, çeynəməkdə, udqunmaqda, dili hərəkət etdirməkdə çətinliklər iflicin reallaşdığına dair işarələr ola bilər.
Koordinasiya iflicin təsir etdiyi digər bir əlamətdir. Yeriməkdə və ya tarazlıqda dayanmaqda çətinlik, beynin koordinasiyasını tələb edən digər normal fəaliyyətləri gerçəkləşdirə bilməmək ifliclə əlaqəli nəticələrdir.
Hisslər də yatarkən keçirilən iflicdən təsirlənə bilər. Görmənin tamamilə və ya qismən itirilməsi, cüt görmək, göz hərəkətlərində çətinlik çəkmək də həmin əlamətlər arasında yer alır.
Bu səbəbdən də, bu əlamətləri hiss etdiyiniz zaman mütləq bir həkimə müraciət edin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/534807.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR