Suriyada partlayış: 70 ölü, 130 yaralı - VİDEO - FOTO

Suriyada partlayış: 70 ölü, 130 yaralı - VİDEO - FOTO
21:22 15 Aprel 2017
135 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyanın Hələb şəhərində "canlı bomba"nın özünü partlatması nəticəsində 70 nəfər həlak olub, 130 nəfər yaralanıb.

Milli.Az al Jazeera-ya istinadən bildirir ki, "canlı bomba" avtomobilini Rəşidin rayonunda yanacaqdoldurma stansiyasının yanında partladıb. Stansiyanın yaxınlığında İdlib vilayətindəki Əl Fua və Kefraya qəsəbələrinin sakinlərinin əyləşdikləri avtobuslar vardı. Onlar terroçuların mühasirəyə aldıqları qəsəbələrdən təlxiyyə olunmuşdular.

Cibrin şəhərindəki qaçqınların müvəqqəti yerləşdirilmə mərkəzinə yollanan avtobus karvanı Rəşidindəki yanacaqdoldurma stansiyasında fasilə üçün durmuşdu.

Əl Fua və Kefraya qəsəbələrindən sakinlərlə yanaşı, Dəməşq yaxınlığındakı Zəbadani və Mədaya dağ kurortlarından "Cəbhət əl Nusra"nın terrorçuları çıxarılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/535516.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR